Livan Xarici İşlər Nazirliyi peycerlərin partlamaları ilə əlaqədar İsrailə qarşı BMT Təhlükəsizlik Şurasına şikayət hazırlayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin məlumat yayıb.
“Nazir Abdullah Buhabib kiberterror hücumu ilə bağlı Livanın BMT-dəki Daimi Nümayəndəliyinə və BMT Təhlükəsizlik Şurasına şikayət göndərməyi tapşırıb”, – deyə məlumatda bildirilir.
Nazirlik qeyd edib ki, hadisə “İsrailin günahsız livanlılara qarşı törətdiyi hərbi cinayətdir”.
Sentyabrın 17-də Livan Hizbullah hərəkatının üzvlərinin istifadə etdiyi peycerlərin partlaması nəticəsində ən azı 12 nəfər ölüb, 2323 nəfər yaralanıb.
Sentyabrın 18-də portativ radioların partlaması nəticəsində 25 nəfər ölüb, 608 nəfər yaralanıb.
Livan hakimiyyəti insidentə görə İsraili günahlandırır.
Rəsmi Təl-Əviv hələlik vəziyyəti şərh etməyib.
İsrail-Livan sərhədində qarşıdurmalar 2023-cü il oktyabrın 8-də başlayıb.
Nəsimi Ələsgərli