Livandakı qarşıdurma səbəbiylə bir həftə ərzində 120 minə yaxın insan didərgin düşüb.
Yenicag.az xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Livandakı humanitar yardım üzrə koordinatoru İmran Rza bildirib.
“Bir həftədən az müddətdə ən azı 700 insan həyatını itirdi, minlərlə insan yaralandı və bir neçə saat ərzində 120 minə yaxın insan didərgin düşdü”, – o , ifadə edib.
Raza Livanda münaqişənin səngimədiyini və “etirazlar davam etdikcə” bu rəqəmlərin artmaqda davam etdiyini vurğulayıb.
www.yenicag.az