“Liverpool” Miloş Kerkezlə razılığa GƏLDİ

media-hightechnic-468x90

“Liverpool” klubu müdafiə xəttini gücləndirmək üçün Macarıstan millisinin üzvü Miloş Kerkezi heyətinə qatıb.

Yenicag.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabrizio Romano özünün rəsmi sosial media hesabında məlumat yayıb.

Məlumata görə, İngiltərə təmsilçisi 21 yaşlı sol cinah müdafiəçisinin transferi üçün Premyer Liqada çıxış edən “AFC Bournemouth” klubuna 40 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Miloş Kerkez 2023/24 mövsümündə “Bournemouth”un heyətində ümumilikdə 41 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Kerkezin “Liverpool”a keçidi klubun müdafiə xəttindəki boşluqları aradan qaldırmaq və gənc, perspektivli oyunçularla heyəti yeniləmək siyasətinin bir hissəsi kimi qiymətləndirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600