“Liverpool” Viktor Osimhenin transferində MARAQLIDIR
İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Liverpool” Nigeriya millisinin və “Galatasaray”ın hücumçusu Viktor oSimhenin transferini gündəminə alıb.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “Give Me Sport” nəşri yayıb.
Bildirilib ki, ötən mövsüm yüksək məhsuldarlığı ilə Avropa klublarının diqqətini çəkən Osimhen artıq “Liverpool”un transfer siyahısına daxil edilib. Bildirilir ki, nigeriyalı forvardla “Galatasaray” da maraqlanır və onu azad agent kimi heyətinə qatmaq niyyətindədir. Bu isə iki klub arasında mümkün transfer rəqabətini gündəmə gətirib.
Qeyd edək ki, Osimhen 2024/2025 mövsümündə “Galatasaray”ın heyətində 41 oyuna çıxaraq 37 qola imza atıb və komandanın hücum xəttində əsas oyunçulardan birinə çevrilib. Onun məhsuldar çıxışı yalnız “Liverpool” deyil, digər bir sıra Avropa nəhənglərinin də marağına səbəb olub.
Göycə Göycəyev