!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lombard artımının səbəbi nədir?

!Reklam – Yazi

PrintRəşad Həsənov: “Nəğd pul qıtlığı lombardların say artımında başlıca rol oynayıb”

Azər Mehtiyev: “Bank olmayan kredit təşkilatlarının sayının artması əhalinin kreditə ehtiyacının ödənilməsinin bir mənbəyini təşkil edir”

Son zamanlar lombardlarla, bank olmayan kredit təşkilatlarının sayının artması müşahidə edilir. Kommersiya bankları isə ilkin kapitalın 50 milyona çatdırılması ilə say baxımdan azalmağa başlayıb. Belə ki, artıq 5 bankın bu limitə çatmaması səbəbindən bağlandığı deyilir. Bundan başqa, banklar daha istehlak krediti də verə bilmir. Bu fonda lombardlarla, bank olmayan kredit təşkilatlarının sayının çoxalmasının arxasında görəsən nə dayanır?

Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, bank sektorunda baş verən dəyiliklik lombardların say artımına rəvac verib: “Lombardlarla bank olmayan kredit təşkilatlarının sayının son zamanlar artması təbii bir prosesdir. Buna səbəb olan əsas amil 2014-cü ilin əvvəlində Mərkəzi Bank tərəfindən bank sektorunda müəyyən dəyişikliklərin həyata keçirilməsilə bağlı qərarın qəbulu ilə bağlıdır. Digər tərəfdən avtomobil kreditlərinə məhdudiyyətlər qoyulması nəticəsində bank sektorundan dövriyyəyə axan vəsaitlərin artım sürəti aşağı düşdü. Belə olan təqdirdə gözlənilirdi ki, yeni yaranmış vəziyyətdən qeyri-qanuni pul dövriyyəsinin subyektləri istifadə edəcək. Bunlar lombardlar və qeyri-rəsmi şəkildə fəaliyyət göstərən sələmçilərdir. Hazırda hər iki subyekt daha da genişlənib. Xüsusən də lombardların sayı çoxalıb. Son zamanlar neftin qiymətinin aşağı düşməsi səbəbindən ölkəyə daxil olan maliyyə vəsaitlərin həcminin azalması, bundan qaynaqlanaraq dövlət büdcəsi xərclərinin nisbətən sıxılması nəticəsində dövriyyəyə daxil olan vəsaitlərin həcmi də azalıb. Bu da ölkədə nəğd pul qıtlığına gətirib çıxardı. Yaranmış vəziyyətdən də qeyri-qanuni fəaliyyət göstərən sələmçilərlə, lombardlar çox səmərəli şəkildə bəhrələnirlər. Nəğd pul qıtlığı bunun yaranmasına əsas səbəbdir. Hazırda yaranan vəziyyətə görə isə, elektron qaydada qeydiyyatdan keçən sahibkar əmək müqavilələrinə əsasən vergi ödəməlidir. Nəticədə vətəndaşların kredit götürmə imkanları məhdudlaşdırılıb. Bu da vətəndaşın qanuni pul vəsaitlərinə çıxışını məhdudlaşdıran amillərdən biridir. Yaxın ildə də lombardlarla bank olmayan kredit təşkilatları və sələmçilərin daha da genişləndiyinin şahidi olacağıq”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bu qənaətdədir ki, əhalinin banklardan əvvəlki tək kredit ala bilməməsi lombardların sayının artmasına gətirib çıxarıb: “Lombardların sayının artması təbii ki, yaxşı göstərici deyil. Bu say artımı onu göstərir ki, əhali artıq banklardan lazım olanda kifayət qədər kredit götürə bilmir. Belədə girov olaraq zinnət əşyalarını lombarda qoyaraq oradan daha yüksək faizlə pul almalı olurlar. Yəni lombardların çoxalması əhalini daha çox xərcə salır. Bank olmayan kredit təşkilatlarının sayının artması isə əslində normal proses kimi qəbul olunmalıdır. Onların qeydiyyatı ilə bağlı uzun müddət idi ki, problem vardı. Normal halda kommersiya banklarının verdiyi istehlak kreditlər o qədər də uğurlu variant deyil. Çünki, kommersiya bankları daha uzunmüddətli kreditlər üzrə işləməlidir. Normal şəraitdə istehlak kreditləşməsini həyata keçirən qurumlar məhz bank olmayan kredit təşkilatları olmalıdır. Təcrübədə belə qurumlar daha çox istehlak krediti verməkdə maraqlı olurlar. Çünki istehlak krediti kiçik həcmli olur. Bu baxımdan bank olmayan kredit təşkilatlarının sayının artması və bu prosesin özünü daha çox rayonlarda göstərməsi əhalinin kreditə olan ehtiyacının ödənilməsinin bir mənbəyini təşkil edir”.

 

Rüfət

www.yenicag.az

1259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv