Britaniya paytaxtının ictimai nəqliyyatını idarə edən “Transport for London” (“TfL”) şirkəti Londonun nəqliyyat sisteminin “Elizabeth line” xəttinin platformalarında peyda olan “kabus izləri”ndən qurtulmağa çalışır.
İnsanların siluetlərini xatırladan həmin izlər başqa dünyadan gələnlərə aid deyil. Sərnişinlər daim kürəklərini divara söykədikləri üçün divarda izlər formalaşır.
London meriyası məsələ ilə bağlı açıqlama verib:
“TfL” şəbəkəsi üzrə bütün stansiyalarda sərnişinlərin təmiz və təhlükəsiz mühitdə hərəkətini təmin etmək üçün ciddi təmizlik proqramı var”.
“Elizabeth Line” stansiyalarında oturacaqların arxasındakı divarları təmizləmək, izləri aradan qaldırmaq və gələcək üçün qorumaqdan ötrü əlavə yollar axtarır”, – deyə “TfL”dən bildirilib.
Mənbə: bbc.com
www.yenicag.az