Luka Modriç “Milan”a keçir

media-hightechnic-468x90

Luka Modriç “Milan”a keçir

Yenicag.az xəbər verir ki, Xorvatiya millisinin və “Real Madrid” klubunun tanınmış yarımmüdafiəçisi Luka Modriç karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

“beIN Sports”un yaydığı məlumata görə, 39 yaşlı futbolçu 2025-ci ildə ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatından sonra “Milan” klubu ilə rəsmi müqavilə imzalayacaq. Bildirilir ki, tərəflər arasında artıq şifahi razılıq əldə olunub və Modriçin iyul ayında tibbi müayinədən keçməsi planlaşdırılır.

Qeyd edək ki, Luka Modriç geridə qalan mövsümdə “Real Madrid”in heyətində bütün turnirlər üzrə 59 oyunda iştirak edib, 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli yarımmüdafiəçinin İtaliya A Seriyasına keçidi futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600