!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lukaşenko azərbaycanlı jurnalistə Qarabağdan danışdı: "İşğaldan azad edilən ərazilərdə infrastrukturun bərpası..." - AÇIQLAMA / FOTO

!Reklam – Yazi

Belarus Prezidenti Aleksandr Lukaşenko fevralın 16-da xarici və Belarus KİV nümayəndələri ilə görüşüb.

Ölkəmizi həmin görüşdə “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli təmsil edib.

Emil Nəsirli görüşlə bağlı təəssüratlarını Yenicag.az-la bölüşüb.

Belarus Prezidenti Aleksandr Lukaşenkoya sualı zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladığını bildirən Emil Nəsirli: “Bu gün Azərbaycan və Belarus arasında münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar, turizm və diqər sahələri əhatə edir və ticarət dövriyyəsi daimi sürətlə artır”, – deyə qeyd edib.

Baş redaktor bildirib ki, son illərdə qeyri-neft iqtisadiyyatının daha da inkişafına nail olmağı əsas hədəf kimi seçən Azərbaycan özünün bütün bölgələr üzrə mövcud olan zəngin turizm potensialından daha səmərəli istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist marşrutları boyunca zəruri infrastruktur qurulub, mehmanxana və digər obyektlərin sayı artırılıb, xidmətin səviyyəsinin yüksəldilməsinə hesablanan tədbirlər görülüb, respublikaya gəlib-getmə qaydaları asanlaşdırılıb, eyni zamanda, xarici ölkələrdə Azərbaycanın paytaxtının və bölgələrinin turizm potensialı təbliğ edilir. Bu halda birmənalı şəkildə demək olar ki, Azərbaycanda dövlət tərəfindən turizmin inkişafına göstərilən davamlı dəstək tədbirləri müsbət nəticələr verir və ölkəmizə gələn turistlərin sayı ilbəil artır.

Azərbaycan və Belarus əhalisinin bir-birlərinin ölkələrinə olan maraqları və yaxın isti münasibətləri turizm potensialının tam istifadə olunmasını vacib edən məqamlardan olduğunu bildirən və prezident Aleksandr Lukaşenkoya Azərbaycan və Belarus arasında turizm sahəsində mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsində son dövrlərdə hansı addımların atılması ilə bağlı sual ünvanladığını deyən Emil Nəsirli Lukaşenkonun iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırdığını qeyd edib:

“Aleksandr Lukaşenko Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

İki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanları diqqətə çatdıran Aleksandr Lukaşenko onu da xüsusilə qeyd edib ki, Azərbaycan və Belarus arasında xüsusi münasibətlər var. Dövlətlərimiz arasındakı münasibətlər qarşılıqlı anlaşmaya, tərəfdaşlığa və dostluğa əsaslanır. Bu, ilk növbədə, dövlət başçıları səviyyəsindəki münasibətlərdir və dostluqdur ki, nəticə etibarilə Azərbaycanla Belarus arasında münasibətlərin, strateji tərəfdaşlığın inkişafına xidmət göstərir”.

Emil Nəsirlinin sözlərinə görə, Aleksandr Lukaşenko onu da xüsusi vurğulayıb ki, Belarus Azərbaycanın işğaldan azad edilən ərazilərində infrastrukturun bərpası və inkişafında fəal iştirakda maraqlıdır:

“Qarabağın ehtiyacları üçün Belarus mallarının: maşınqayırma, ağac emalı məhsulları və digər tikinti materialları, transformatorlar, naqillər, kabellər və digər elektrik məmulatları, eləcə də ərzaq məhsullarının tədarükünün artım perspektivləri var. Təcrübə göstərir ki, Azərbaycan sözdə deyil, əməldə Cənubi Qafqazda bizim etibarlı və ən mühüm tərəfdaşımızdır. Hər iki ölkə arasında qarşlıqlı etimadın olmasından irəli gələn münasibətlər gələcəkdə də inkişaf edəcək, əməkdaşlığın istiqamətləri daha da genişlənəcək”, – deyə Aleksandr Lukaşenko qeyd edib”.

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv