Reklam: High Technic
hightechnic

Lukaşenko İlham Əliyevi təbrik edib

Reklam: Sinerji Pro

Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrikdə bu ifadələrə yer verilib:

“Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın qurulması istiqamətində aparılan ardıcıl siyasət ilə yüksək həmrəyliyini təsdiq etmiş oldu. Əminəm ki, Sizin dövlət başçısı kimi məsul vəzifədəki fəaliyyətiniz bundan sonra da ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun artırılmasını təmin edəcək, dost Belarus-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafına töhfə verəcək”.

A.Lukaşenko həmçinin İlham Əliyevə nəzərədə tutulan planların həyata keçirilməsində möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji və uğurlar diləyib.

www.yenicag.az

1441