Lukaşenko Qırğızıstana getdi

media-hightechnic-468x90

Belarus prezidenti Aleksandr Lukaşenko Qırğızıstana işgüzar səfər edib. 

Yenicag.az xəbər verir ki, bu barədə BELTA nəşri məlumat yayıb.

Belarus lideri Bişkekdə dekabrın 9-da keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak edəcək. Bildirilir ki, tədbirdə təşkilatın dövlət başçıları 2023-cü il üçün ümumi bazarların formalaşması, qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılması üzrə işlər, sənayedə əməkdaşlıq layihələrinin inkişafı, habelə beynəlxalq fəaliyyətin əsas istiqamətlərini müzakirə etməyi planlaşdırırlar.

Lukaşenko və Qırğızıstan prezidenti Sadır Japarov sammitdən əvvəl görüşəcəklər. Dekabrın 8-i axşam qeyri-rəsmi şam yeməyi planlaşdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa