Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs öldü

media-hightechnic-468x90

Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

Yenicag.az xəbər verir ki, yanvarın 13-də  Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü,  32 yaşlı Murad Abdurahmanov bu gün günorta saatlarında xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa