Lukaşenko: "Yaxın Şərq və Ukraynadakı müharibələri bu il bitirmək mümkündür"

media-hightechnic-468x90

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna münaqişəsinin və Yaxın Şərqdəki gərginliyin bu il həll edilə biləcəyinə əmin olduğunu bildirib.

media-banner_tuq

Yenicag.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus lideri Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

“O ki qaldı bu müharibələri ümumiyyətlə dayandırmağın mümkün olub-olmaması məsələsinə, xüsusən də burada, bizim regionumuzda, eləcə də sizin fəaliyyət göstərdiyiniz regionda – Yaxın Şərqdə, bizdə bu müharibələri dayandırmaq üçün indi əvvəlkindən daha böyük imkan var”, – o bildirib.

Lukaşenko hesab edir ki, bütün bu münaqişələrin həlli “sözün əsl mənasında bir neçə nəfərin istəyindən asılıdır”.

“Əgər belə bir istək olarsa, bu müharibələri bu il dəqiq bitirmək olar. Hətta Rusiya və Ukrayna münaqişəsini də bu il bitirmək mümkündür”, – o deyib.

Yaxın Şərqdəki vəziyyətdən danışan Lukaşenko qeyd edib ki, o, hərbi əməliyyatların dayandırılmasından başqa çıxış yolu görmür.

“Və o, bu il dayandırılacaq. Ümid edirəm ki, yaxın vaxtlarda. İlk növbədə, ABŞ ilə İran arasında. Ancaq mən hesab etmirəm ki, bu, amerikalılarla iranlılar arasında müharibədir. Bu, ilk növbədə İsrail və İran arasındadır”, – o bildirib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05