Cəbrayılda günəş elektrik stansiyasının tikilməsi üçün ayrılan torpaq sahəsi artırılıb

media-hightechnic-468x90

“Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsinin miqdarı artırılıb.

Elektrik enerjisinin istehsalı məqsədilə bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 263.36 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə veriləcək.

Xatırladaq ki, daha əvvəl bu sahə 229 hektar idi./oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05