Starmer liderlik uğrunda mübarizəyə hazır olduğunu bildirdi

media-hightechnic-468x90

Böyük Britaniyanın Baş naziri Kir Starmer 2029-cu ildə keçiriləcək növbəti parlament seçkilərində Leyboristlər Partiyasına rəhbərlik etməyi planlaşdırır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, bu barədə iki nazirin istefasından sonra BBC-yə müsahibəsində bildirib.

K.Starmer “bu, mənim istəyimdir” deyərək həmçinin partiyanın son seçkilərdəki uğursuz nəticələrindən sonra vəziyyəti dəyişdirməyin zəruriliyini də etiraf edib.

Baş nazir eyni zamanda vurğulayıb ki, partiyadakı vəzifəsini tərk etmək niyyətində deyil və ölkənin yeni bir partiyadaxili böhrana ehtiyacı olmadığını düşünür:

“Mən getmək niyyətində deyiləm. Düşünmürəm ki, Leyboristlər Partiyası ölkəni liderlik uğrunda mübarizə xaosuna sürükləməlidir. Əgər belə bir şey olarsa, mən mübarizə aparacağam. Bu, şəxsi şöhrətpərəstlik və ya inadkarlıqla bağlı deyil. Bu, dərin borc hissi ilə diktə olunub”.

Ötən gün Böyük Britaniyanın müdafiə naziri Con Hili və silahlı qüvvələr naziri El Karns hökumətin müdafiə investisiyaları planında nəzərdə tutulmuş maliyyələşdirmənin həcmi ilə razılaşmadıqlarını əsas gətirərək istefa veriblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05