“İtirilmiş sürgünün izində”: Sərginin müəllifi “Yeni Çağ”a danışdı - FOTO/VİDEO

media-hightechnic-468x90

 

media-banner_tkm

Ahıska Türklərinin 1944-cü ildə yaşadıqları ata-baba torpaqlarından zorla deportasiya edilməsindən bəhs edən “Ahıska Türkləri – İtirilmiş Sürgünün İzində” adlı sərgi İstanbulda ziyarətçilərin üzünə açılıb.

media-img_7226

Türkiyə Xarici İşlər Nazirliyi və Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) birgə təşkilatçılığı ilə hazırlanan sərgi Ahıska Türklərinin sürgün tarixini, yaşadıqları insan faciəsini və illərdir davam edən vətənə dönüş arzusunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı hədəfləyir.

Sərgidə 1944-cü ildə Sovet lideri İosif Stalinin əmri ilə Ahıska bölgəsindən Mərkəzi Asiyaya sürgün edilən on minlərlə Ahıska Türkünün yaşadığı çətinliklər, ailələrin parçalanması, itirilən yurd yerləri və kollektiv yaddaşda qalan izlər müasir rəqəmsal incəsənət vasitələri ilə təqdim olunur.

Sərginin müəllifi, beynəlxalq sənət mütəxəssisi Beste Gürsu “Yeni Çağ”a reportaj verib. Beste Gürsu tanınmış jurnalist Güngör Yavuzaslanın suallarını cavablandırıb.

Beste Gürsu Yenicag.az-a bildirib ki, sərgi sürgünü yalnız tarixi hadisə kimi deyil, həm də insan yaddaşında və kimliyində dərin izlər buraxan bir təcrübə kimi təqdim edir. Rəqəmsal xəritələr, süni intellekt dəstəyi ilə yaradılmış vizuallar və səs instalyasiyaları vasitəsilə Ahıska Türklərinin itirilmiş yurdlarına dair xatirələr yenidən canlandırılır.

Sərgi çərçivəsində istifadə olunan rəqəmsal texnologiyalar ziyarətçilərə hadisələri sadəcə izləmək deyil, həm də hiss etmək imkanı yaradır. Layihədə işıq, səs, hərəkət və interaktiv elementlərdən istifadə edilərək sürgünün yaratdığı ağrı və ayrılıq duyğusu canlandırılır.

2026-cı il ərzində müxtəlif ölkələrdə və Ankarada nümayiş etdirilməsi planlaşdırılan sərginin musiqiləri tanınmış bəstəkar Fahir Atakoğlu tərəfindən hazırlanıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05