Lukaşenkodan Rusiyaya çox ağır zarafat-xatırlatma

media-hightechnic-468x90

загруженное (4)Belarus prezidenti Rusiya ərazisinin Qazaxıstan və Monqolustana verilməsini təklif edir

Son zamanlar Belarus prezidenti Aleksandr Lukaşenko dostu Rusiya prezidenti Vladimir Putinin ünvanına kəskin ifadələr səsləndirməklə seçilməyə başlayıb.

Belə ki o, Euronews telekanalına müsahibəsində Krımın Rusiya tərəfindən işğalından sonra burada cərəyan edən situasiyanı dəyərləndirib. Bu zaman o bildirib ki, sərhədləri dəyişdirmək olmaz:
“Çoxları iddia edir ki, Krım bir vaxtlar doğru olmayaraq Ukraynanın tərkibinə birləşdirilib, bu ərazi tarixən rus torpaqlarıdır. Bu düzgün yanaşma deyil. Belədirsə, onda monqol-tatar dövrünə, Batı xanın zamanına qayıdaq. Belədə Rusiyanın demək olar ki, bütün ərazisi, Şərqi Avropa Qazaxıstan, Monqolustana və başqa kimlərəsə verilməlidir. Əlbəttə ki, Belorusdan başqa. Onlar bizə də gəlib çatmışdılar, lakin bizlərə toxunmadılar”-deyə Lukaşenko vurğulayıb.

Sonda o, Ukraynada özlərini müstəqil respublika elan edən DXR və LXR kimi qurumları tanımadığını da diqqətə çatdırıb.

Rüfət/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600