!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“LUKoyl” prezidentinin oğlu biznesini dəyişir

!Reklam – Yazi

“LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Western Petroleum Transportation” (WPT) şirkətini satın alır.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə Kommersant qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, WPT “LUKoyl”ın törəmələrilə daima sıx əməkdaşlıq edən kiçik dəmiryol operatorudur.

Qeyd edək ki, WPT 2003-cü ildən fəaliyyət göstərir. 2015-ci ildə şirkətin gəliri təxminən 109 milyon rubl, xalis gəliri 176 min rubl olub. Hazırda şirkərin tabeliyində 400 dəmiryol sisterni var. Onların hamısı “Lukoyl”un törəmə müəssisəsi “Lukoyl-Trans” tərəfindən icarəyə götürülüb.

Vahid Ələkbərov “LUKoyl”un səhmlərinin 0,13 faizinin sahibidir. Hazırda şirkətin menecerləri siyahısında adı keçir.

Yenicag.az

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv