Lüks avtomobil Bakıda qəza törətdi-Foto

media-hightechnic-468x90

95954Bakıda lüks avtomobil qəza törədib.

Yenicag.az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsindən Xarici Dairəvi yol istiqamətində gedən hissədə baş verib.

Qəza zamanı “Mercedes GL 550” markalı avtomobillə “Mercedes E 240” markalı digər nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza “Mercedes GL 550” markalı maşının sol qabaq təkərində yaranan nasazlıq səbəbindən baş verib. Bu səbəbdən qəfil idarəetməni itirən sürücü qarşı yola çıxıb və digər avtomobillə toqquşub. Daha sonra isə “Mercedes GL 550″in sürücüsü avtomobili yol kənarındakı səkilərə çırpıb.

Qəza ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600