Macarıstan Ermənistana hərbi yardımı əngəllədi
Son altı həftə ərzində Macarıstan Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro məbləğində hərbi yardım göstərilməsini əngəlləyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2021-ci ildə yaradılan fond AB-nin blokdan kənara hərbi yardım göndərmək üçün istifadə edilir:
“Yarandığı gündən vəsaitlər əsasən Ukraynaya yönəldilib, lakin 2024-cü ildə daha 10 milyon avronun Ermənistana köçürülməsi təsdiqlənib, lakin Macarıstan onlara mane olub. Budapeşt sonda Bakıya ölkədəki minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün ekvivalent məbləğdə maliyyənin göndərilməsi şərti ilə etirazlarını dayandırıb. Bazar ertəsi Macarıstanla yardıma icazə verməsi üçün əlavə müzakirələr aparılıb, lakin heç bir irəliləyiş əldə olunmayıb”./axar.az