Madridlilər Teo Hernandez üçün transfer yarışına GİRDİLƏR

media-hightechnic-468x90

“Atletico Madrid” “Milan”ın müdafiəçisi Teo Hernandezi transfer etməyə yaxındır.

Yenicag.az xəbər verir ki, bu barədə “Goal” portalı məlumat yayıb.

Bildirilir ki, İspaniya təmsilçisi “Atletico Madrid” İtaliya klubu “Milan”ın sol cinah müdafiəçisi Theo Hernandezlə ilkin razılıq əldə etməyə yaxındır.

Məlumatda qeyd olunur ki, “Atletico Madrid” fransalı futbolçunun transferi üçün “Milan”la danışıqları yekunlaşdırmaq üzrədir. “Milan” ilkin təklifdən məmnun qalmasa da, transfer pəncərəsinin bağlanmasına az vaxt qaldığı üçün daha aşağı qiymətə razılaşmağa məcbur olub.

Teo Hernandezin “Milan”la olan müqaviləsi 2026-cı ilin yayına qədər davam edir. Bu səbəbdən İtaliya klubu futbolçunu müqavilə müddəti bitdikdən sonra pulsuz itirmək riskini nəzərə alaraq, indi transferdən gəlir əldə etməyi üstün tutub.

Qeyd edək ki, 27 yaşlı futbolçunun daha əvvəl Səudiyyə Ərəbistanının “Al-Hilal” klubuna keçid ehtimalı olsa da, o, karyerasını Avropada davam etdirmək qərarına gəlib.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600