!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mağazalarda işçi ÇATIŞMAZLIĞI: Marketlərdə bir nəfər bir neçə nəfərin əvəzinə işlədilir

!Reklam – Yazi

Son illərdə bəzi ərzaq mağazalarında rast gəlinən vəziyyətlərdən biri də işçi çatışmazlığı ilə bağlıdır. Belə ki, vəziyyət o yerə gəlib çatıb ki, marketdə çalışan hər hansı işçi iki, hətta üç vəzifəni birdən yerinə yetirməli olur.

Məsələn, o həm marketin kassasına nəzarət edir, həm daxil olan malları depoya yerləşdirir, həm də marketdə satılan ərzaqları yoxlayır. Lakin qarşılığında isə yalnız bir vəzifə üzrə məvacib ala bilir. Bəs belə halların baş verməsi işçilərin əmək hüquqlarının pozulmasıdırmı?

Mövzu ilə bağlı Yenicag.az-a danışan hüquqşünas Azər Quliyev deyib ki, Əmək Məcəlləsinə əsasən işçinin iki peşə və ya vəzifə üzrə 2 sahədə işlədilməsi qadağandır.

Onun sözlərinə görə, bu yalnız istisna hallarda həyata keçirilə bilər.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçiyə əmək müqaviləsində olmayan işlərin yerinə yetirilməsi qadağandır. Bu məcəlləyə əsasən, işçinin bir iş yeri üzrə bir vəzifəsi olmalıdır. Yəni işçinin iki vəzifə üzrə işlədilməsi qadağandır. Buna yalnız müstəsna hallarda qısamüddətli olmaqla, işçinin razılığı və əmr verilməklə həyata keçirilə bilər. Bu zaman işçinin əmək haqqına əlavə ödəniş müəyyən edilməlidir”, – deyə o əlavə edib.

Hüquqşünas qeyd edib ki, işçi çatışmazlığının olmasının işçilərə heç bir aidiyyatı yoxdur:

“İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək də başqa işə keçirilmə sayılır. Buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi imzalamaqla həyata keçirilə bilər. Mağazalarda işləyən işçilərə eyni zamanda nə axşam, nə də gecə saatlarında işə görə 20-40 faiz məbləğində əlavə ödəniş də verilmir. İşçi çatışmazlığının olmasının da işçilərə heç bir aidiyyatı yoxdur. Əksinə, bu, müəssisənin problemidir. Qaldı ki, əmək qanunvericiliyində ictimai nəzarəti həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir. Onlar bu halları aşkara çıxararaq, market sahiblərini cərimə etməlidir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv