Magistraturaya imtahan verən 2 nəfərin nəticəsi ləğv edildi

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanında (II cəhd) iştirak etmək üçün qeydiyyatdan keçən 17705 bakalavrdan 408 nəfəri imtahana gəlməyib.

DİM-dən Yenicag.az-a verilən xəbərə görə, imtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticələri ləğv olunub.

***

17:01

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına iyunun 11 də keçirilmiş qəbul imtahanında (II cəhd) ən yüksək nəticə açıqlanıb.

DİM-dən Yenicag.az-a verilən xəbərə görə, imtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır (fənlər üzrə ayrıca minimal bal tələbləri də var).

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600