Magistraturaya qəbul olanların elektron sənəd qəbuluna başlanılır

media-hightechnic-468x90

Magistraturaya qəbul olunanların sənəd qəbulu prosesinə bu gündən start verilib.

Bu barədə Yenicag.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeyd edək ki, qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600