Magistraturaya sənəd qəbulu başa çatdı

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Bu barədə Yenicag.az-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə 1731 nəfər olmaqlar cəmi – 21103 nəfər ərizəsini təsdiq edib.

İkinci cəhd imtahanına qeydiyyatdan keçənlərin sayı isə Azərbaycan bölməsi üzrə 13760, rus bölməsi üzrə 1079 nəfər olmaqla cəmi – 14839 nəfər olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa