Mahir Emreli zədələndi

media-hightechnic-468x90

Xorvatiyanın “Dinamo” klubunun formasını geyinən azərbaycanlı futbolçu Mahir Emreli zədələnib.

Yenicag.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç məlumat verib.

O bildirib ki, 26 yaşlı hücumçu ötən gün məşqdə top uğrunda mübarizə zamanı baldırında ağrı hiss edib. Baş məşqçi bunu yorğunluqla əlaqələndirib və tezliklə oyunçunun yaxşı olacağını deyib.
Qeyd edək ki, “Dinamo” Xorvatiya çempionatının XII turunda, oktyabrın 21-də “Qoritsa”nın qonağı olacaq.

Mənbə: 24sata.hr

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa