Mahnı sifarişinə görə bıçaqlandı

media-hightechnic-468x90

50473Bakıda yerləşən kafedə müştərilər mahnı üstündə bıçaq davasına çıxıblar.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Yaşıl ada” kafesinə gələn müştərilər arasında dava düşüb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, kafedə Ağdam sakini Vüqar Quliyev sifariş verdiyi yeməyə mahnı ilə rəng qatıb. O, özü üçün musiqi sifariş verərək dinləyirmiş.

Bu zaman başqa bir müştəri – Ramil Mayılov müsiqiçilərə yaxınlaşaraq ayrı mahnı sifariş verib. Sifarişinin yarıda kəsilməsinə əsəbləşən V.Quliyev bıçaqla Ramilə ağır xəsarət yetirib.

Sabunçu RPİ-nin 13-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüqar Quliyev tutulub.

Maraqlıdır ki, hər iki şəxs fəhləliklə məşğul olur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa