Makron Putin-Zelenski görüşü üçün bu şəhəri təklif etdi

media-hightechnic-468x90

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni göstərib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Makron bu barədə TF1 telekanalına müsahibəsində bildirib.

Fransa lideri jurnalistin sualını cavablandırarkən Parisdə “2019-cu ildə olduğu kimi” görüşün keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.

“Ola bilsin ki, İsveçrə, mən Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib” , – o qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05