Makron Rəisi ilə 90 dəqiqə telefonla danışdı

media-hightechnic-468x90

Fransa prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “Twitter“də paylaşım edib.

Fransa prezidenti iranlı həmkarına zəng edib. Telefon danışığı 90 dəqiqə davam edib.

Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa