Makron: "Yeni təyyarədaşıyan gəminin tikintisi 10 milyard avroya başa gələcək"

media-hightechnic-468x90

Fransa Hərbi Dəniz Qüvvələrinin tərkibindəki “Charles de Gaulle” təyyarədaşıyanını əvəz edəcək yeni nəsil gəminin istehsalı təxminən 10 milyard avroya başa gələcək.

media-banner_tkm

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron gəminin inşa ediləcəyi ölkənin qərbindəki “Naval Group” müəssisəsinə səfəri zamanı bildirib.

“Təyyarədaşıyan gəmimiz təxminən 10 milyard avroya başa gələcək. Bu, böyük sərmayədir, lakin o hamının xeyrinə olacaq”, – deyə Makon bildirib.

Yeni nəsil təyyarədaşıyan gəmi layihəsi artıq bir neçə ildir, Fransada müzakirə olunur. 2025-ci ilin dekabrında Makron onun yekun olaraq təsdiqləndiyini bildirib. Yeni gəmi 2038-ci ildə “Charles de Gaulle”u əvəz etməlidir./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05