Makrondan qalmaqallı açıqlama: “İslam böhran içindədir”

media-hightechnic-468x90

Fransa prezidenti Emmanuel Makron İslamın bütün dünyada böhran içində olduğunu, bunun təkcə Fransada müşahidə olunmadığını bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, E.Makronun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Artıq “islamçı radikalizm” ifadəsi əvəzinə məhz İslam dininin ittiham edilməsi müsəlmanlar arasında böyük narazılıq yaradıb.

Fransada dövlətin sekulyarizmin müdafiəsi və İslamın “liberallaşdırılması” siyasətinə başlayacağı deyilir.

Xatırladaq ki, Fransada məktəblərə hicabla gəlmək, dövlət qulluqçularının hicab geyinməsi artıq uzun müddətdir ki, yasaqlanıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05