Malayziyanın Baş naziri Türkiyədə rəsmi səfərdədir
Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyədə rəsmi səfərdədir.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Qeyd edilib ki, Malayziyanın Ənvər İbrahimi Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.
Məlumatda bildirilib ki, Ərdoğan və Ənvər İbrahim Türkiyə-Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Birinci İclasında və sazişlərin imzalanma mərasimində iştirak edəcəklər.
İmzalanma mərasimindən sonra birgə mətbuat konfransı keçiriləcək. Daha sonra Baş nazir üçün rəsmi şam yeməyi veriləcək./Report/












