ABŞ-da inflyasiyanın azalma tempinin proqnozlaşdırılandan daha sürətli olması FED-i faiz dərəcələrini artırmaqdan imtinaya sövq edir.
Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, qlobal miqyasda son bir ildə sabit qaydada davam etdirilən pul siyasəti inflyasiya ilə mübarizədə mühüm elementə çevrilib.
ABŞ-də İstehlak Qiymətləri İndeksinin (CPI) oktyabr ayında dəyişməz qalmasına baxmayaraq, illik göstəricilərdə 3,2 faiz artım qeydə alınıb.
Ötən ay inflyasiyanın 3,7 faiz səviyyəsində olmasına dair məlumatların açıqlanmasından sonra bazarlarda volatilliyin artması diqqəti cəlb etsə də, FED-in maliyyə bazarlarındakı qiymətlərə əsaslanaraq, dekabrda baş tutacaq toplantısında faiz dərəcəsini sabit saxlayacağı gözlənilir.
Bununla belə, FED-in gələn ilin iyunundan etibarən, faizləri aşağı salacağı ilə bağlı proqnozlar artıq indidən özünü doğrultmağa başlayıb.
www.yenicag.az