!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Manatda devalvasiya EHTİMALI: "Mərkəzi Bankın bu istiqamətdə..." - İqtisadçı

!Reklam – Yazi

“İnanmıram ki, Mərkəzi Bank devalvasiyaya doğru hansısa addım atsın”.

Bunu regional valyuta bazarındakı dəyişikliklərin manatın məzənnəsinə mümkün təsirlərini dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Professor qeyd edib ki, mövcud vəziyyətdə manatın məzənnəsi üçün hansısa təhlükə gözlənilmir:

“Yaxın və ortamüddətli perspektivdə milli valyutanın sabit saxlanması üçün Mərkəzi Bankın imkanları tam mövcuddur. Regional bazar baxımından qonşu ölkələrdə, xüsusilə də Türkiyədə devalvasiya prosesi gedir. Lirənin kəskin şəkildə dəyərdən düşməsi davam etməkdədir. Bu vəziyyət qeyri-neft sektoru nöqteyi-nəzərindən Azərbaycan üçün də arzuolunmaz ssenaridir. Çünki Türkiyədə istehsal olunan məhsullar və göstərilən xidmətlər Azərbaycanın yerli bazarındakı məhsullardan və xidmətlərdən daha rəqabətli olacaq. Bütövlükdə ölkəmizdə mümkün devalvasiyanın mənfi və müsbət təsirlərini nəzərə alsaq, manatın məzənnəsinin sabit saxlanması daha məqsədəuyğundur. İnanmıram ki, Mərkəzi Bank devalvasiyaya doğru hansısa addım atsın. Türkiyədən fərqli olaraq Azərbaycanda xarici ticarətdə kəskin müsbət saldo var. Ona görə də milli valyutanı sabit saxlamaq rahat ola bilər. Eyni zamanda, suveren qızıl valyuta ehtiyatlarının həcminin ölkədəki pul bazasının həcmindən çox olması manatın sabitliyinə zəmin yaradır”.

Gülşən Şərif

www.yenicag.az

797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv