“Manchester City” Ticcani Reyndersi TRANSFER ETDİ
İngiltərənin “Manchester City” klubu yay transfer pəncərəsi çərçivəsində daha bir rəsmi keçidini rəsmiləşdirib.
Yenicag.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabrizio Romano şəxsi sosial media hesabında məlumat paylaşıb.
Onun bildirdiyinə görə, Premyer Liqa təmsilçisi Niderland millisinin və “AC Milan” klubunun yarımmüdafiəçisi Ticcani Reyndersi 46,3 milyon avro qarşılığında transfer edib. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bu, “Manchester City”nin yay transfer dönəmində reallaşdırdığı dördüncü rəsmi keçiddir. Bundan əvvəl klub fransız futbolçular Rayan Çerki və Rayan Ay Nuri, həmçinin qapıçı Markus Bettinellini heyətinə qatmışdı.
Göycə Göycəyev