“Mango”nun qurucusunun müəmmalı ölümü: Milyarderin oğlu qətldə ittiham olunur

media-hightechnic-468x90

Dünya moda nəhəngi “Mango” brendinin qurucusu, milyarder İsak Andiçin ölümü ilə bağlı başladılan cinayət işində sensasiyalı dönüş yaranıb. 2024-cü ildə baş verən hadisənin qəza deyil, qəsdən törədilmiş cinayət olduğu şübhəsi üzərində dayanan İspaniya hüquq-mühafizə orqanları iş adamının oğlu Conatan Andiçi saxlayıb.

media-banner_tuq

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya regional polisi (“Los Mossos d’Esquadra”) 18 aydır davam edən gizli təhqiqatdan sonra qəti addım atmaq qərarına gəlib.

Əslən İstanbuldan olan Səfərad yəhudisi İsak Andiç 2024-cü ilin dekabrında Barselona yaxınlığındakı Montserrat dağlıq masivində 100 metr hündürlükdən yıxılaraq faciəvi şəkildə can vermişdi. İlkin ifadələrdə hadisənin bədbəxt hadisə olduğu bildirilsə də, həmin an atasının yanında olan yeganə şəxsin – oğlu Conatanın davranışları müstəntiqlərdə ciddi şübhələr oyadıb.

“Forbes”in siyahısında 4,5 milyard avroluq sərvəti ilə İspaniyanın ən zəngin 5 şəxsindən biri olan Andiçin ölümü ilə bağlı oğluna qarşı irəli sürülən ittihamlar dünyada geniş əks-səda doğurub. Conatan Andiç indiyədək irəli sürülən bütün iddiaları qətiyyətlə rədd etsə də, yerli mətbuat polisin əlində “təkzibolunmaz maddi sübutların” olduğunu yazır.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05