Marşrut avtobusu “Mercedes”lə toqquşdu, yolda tıxac yarandı - FOTO
Zabrat dairəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, “Baku Bus” şirkətinə məxsus BMC markalı, 99-JZ-164 dövlət nömrə nişanlı avtobus 99-OC-288 dövlət nömrə nişanlı “Mercedes S-Class” markalı avtomobili arxadan vurub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, ərazidə ciddi tıxac yaranıb. Sərnişinlərin bir qismi avtobusu tərk edib.