“Ferensvaroş” “Qarabağ”la oyunlar üçün heyətini açıqladı

media-hightechnic-468x90

Macarıstanın “Ferensvaroş” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunlar üçün heyəti bəlli olub.

Yenicag.az xəbər verir ki, baş məşqçi Robbi Kin bu görüşlər üçün 23 futbolçunu A siyahısına daxil edib.

Qapıçılar: Denes Dibuş, David Qrof,

Müdafiəçilər: Stefan Qartenmann, Endre Botka, İbrahim Sisse, Kadu, Cebrail Makrekis, Qabor Salai, Norbert Kayan, Toon Raemaekers, Barnabaş Naqi.

Yarımmüdafiəçilər: Nabi Keyta, Conatan Levi, Kristoffer Zakariassen, Bense Etvöş, Qabi Kaniçovski, Aleks Tot, Kallum O’Douda.

Hücumçular: Lenni Jozef, Aleksandar Peşiç, Barnabaş Varqa, Daniel Arzani, Jombor Qruber

Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”i ilə keçirilən oyunlarda adı iştirak ərizəsində olan Habin Mayqa zədəyə görə heyətdən kənarda qalıb. Onu Daniel Arzani əvəzləyib. Bu ilin fevral ayında “Qarabağ”dan “Ferensvaroş”a keçən Julio Romao da zədə səbəbindən hər iki matçı buraxacaq.

Qeyd edək ki, “Qarabağ” “Ferensvaroş”a qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa