Mariupolda gərgin döyüşlər gedir

media-hightechnic-468x90

87872Ukraynada Mariupol ətrafında bütün istiqamətlər üzrə döyüşlər gedir.

Yenicag qafqazinfo-ya istinadən bildirir ki, istinadən məlumatına görə, bu haqda kəşfiyyat batalyonunun komandir köməkçisi Konstantin Parşın açıqlama verib.

Onun sözlərinə görə, ən ağır vəziyyət Qranitni yaşayış məntəqəsində yaranıb.

“Mərmilər o qədər güclüdür ki, mənzildə şüşələr əsir. Separatçılar Ukrayna hərbi qulluqçularının mövqelərinə artilleriyadan və “Qrad”lardan atəş açırlar”, – deyə Parşın bildirib.

“Dnepr-1” batalyonundan bildirilib ki, Ukrayna hərbi qulluqçularının mövqeləri Rusiya meyilli separatçılar tərəfindən Telmanovsk və Sartana qəsəbəsi ərazisindən atəşə tutulur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600