Azərbaycanın qadın güləşçisi Mariya Stadnikin atası Vasili Stadnik rəhmətə gedib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Mariya Stadnik 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionudur.