!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Markedonov Fransa-Ermənistan münasibətlərindən DANIŞDI

!Reklam – Yazi

Rusiyalı politoloq Sergey Markedonov əmindir ki, Fransanın Ermənistanla bağlı atdığı addımların və jestlərin əhəmiyyətini şişirtmək lazım deyil.

Yenicag.az xəbər verir ki, o, bu barədə İrəvanın Qərbə, xüsusilə Parisə yönəlməsi ilə bağlı suala cavab verərkən bildirib.

Politoloqun fikrincə, Fransa bir çoxları üçün Ermənistanın maraqlarını Qərbdə təmsil edən ölkə kimi qəbul olunur. Onun sözlərinə görə, vəziyyət emosiyasız və daha rasional şəkildə dəyərləndirilməlidir.

Markedonov vurğulayıb ki, Fransa üçün Ermənistan daxili siyasi gündəmin bir hissəsi kimi əhəmiyyət kəsb edir. Bu, Qərbi Avropanın ən böyük erməni icmasının Fransada mövcudluğu ilə bağlıdır.

“Fransada Şərq məsələsi çox aktualdır. Buna görə də xristian Ermənistanla bu və ya digər formada “yaxınlıq” nümayiş etdirən hər hansı siyasi lider Fransanın qədim ənənəsinə istinad edir. Fransa Avropanın ən böyük erməni icmasına sahibdir və belə siyasi liderlər həmişə müəyyən sayda səs toplayır”, – deyə Markedonov qeyd edib.

www.yenicag.az

104
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv