!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Marketlər ilə bazarlar arasında QİYMƏT UÇURUMU: Fərqi yaradan səbəblər nələrdir?

!Reklam – Yazi

 

“Xırda məhəllə bazarlarının yaranması və bunun üçün xüsusi qanunvericilik bazasının formalaşdırılması, onlar üçün yaradılan maneələrin aradan qalxması çox vacibdir”

.Bu fikirləri Yenicag.az-a açıqlamasında ərzaq mağazaları ilə bazarlarda satılan meyvə-tərəvəz arasında olan qiymət fərqliliyinin səbəbləri barədə danışan iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə hər hansı bir dövlət tənzimlənməsi yoxdur. “Əslində, olması doğru və mümkün də deyil. Burada artıq başqa faktorlar önə çıxır. Marketlərdə meyvə-tərəvəz qiymətlərinin baha olması onların xərclərinin çox olması ilə əlaqədardır. Marketlərin icarə xərcləri, maaşlar, kommunal xidmətlərə ödədikləri vəsait, bir sözlə bunların hamısı bazarlarda hər hansı piştaxtanı işlədən iş adamından çox fərqlidir.

Ona görə də ərzaq mağazaları ilə bazarlar da olan meyvə-tərəvəzlərin qiymət fərqinin yaranmasının səbəblərindən biri də budur. İkinci fərq isə marketlərdə daha çox gözəçarpan, gözəgəlimli məhsulları bazardan alaraq özlərində satmağa çalışırlar ki, daha çox müştəri cəlb etsinlər. Düşünürəm ki, bunun da öz təsiri var. Belə bir qiymət fərqinin olması normaldır”, – deyə o vurğulayıb. N.Cəfərli qeyd edib ki, kiçik, xırda məhəllə bazarlarına ən azı Bakı şəhərində ciddi ehtiyac var. “Keçmişdən qalan bazarların əksəriyyəti artıq bağlanıb. Ona görə də xırda məhəllə bazarlarının yaranması və bunun üçün xüsusi qanunvericilik bazasının formalaşdırılması, onlar üçün yaradılan maneələrin aradan qalxması çox vacibdir. Belə olan şəraitdə vətəndaşlar marketlərdən deyil, kiçik məhəllə bazarlardan daha çox meyvə-tərəvəz almağa üstünlük verəcəklər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

118
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv