Martda 10 gün iş olmayacaq

media-hightechnic-468x90

Azərbaycanda mart ayında 8 Mart – Beynəlxalq Qadınlar Günü və Novruz bayram ilə əlaqədar 10 gün olmayacaq.

Martın 8-i bazar gününə təsadüf etdiyindən ayın 9-u da qeyri-iş günü hesab olunacaq.

Beləliklə, martın 7-si (şənbə), 8-i, 9-u qeyri-iş günüdür. Martın 10-u isə iş günüdür.

Novruz bayramı ilə əlaqədar martın 20-24-də iş olmayacaq. Ayın 21- şənbə, 22-si bazar gününə təsadüf etdiyindən martın 25-i və 26-sı da qeyri-iş günü hesab olunacaq. Martın 27-si isə iş günüdür.

Ümumilikdə, bayramlarla əlaqədar mart ayında 10 gün iş olmayacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600