!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda azyaşlı sünnət zamanı ölüb

!Reklam – Yazi

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

Yeniçağ.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov “Report”un yerli bürosuna bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir.

Faktla bağlı araşdırma aparılır.

Yeniçağ.Az

COP29

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv