Masallıda dəhşət - “Kamaz”la "ZİL" toqquşdu - Sürücü yanaraq öldü

media-hightechnic-468x90

Masallı rayonununda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mayın 14-də saat 19 radələrində rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “Kamaz” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş verib.

Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600