Masallıda dəhşətli qəza: Baba öz nəvəsini maşınla əzib öldürdü

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb. Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır. /ölke.az/