Masallıda ikimərtəbəli ev yanıb

media-hightechnic-468x90

загруженное (27)Masallı rayonunda güclü yanğın olub.

Hadisə bu gün saat 15.00 radələrində rayonun Təzəkənd kənd sakini, 1935-ci il təvəllüdlü Zərövşən Qulaməli qızı Babayevaya məxsus evdə baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli, 7 otaqlı fərdi evin ikinci mərtəbəsində yerləşən 3 otaq və dəhlizdəki məişət avadanlıqları yanıb.

Yanğının başvermə səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600