Maşın dərəyə aşdı

media-hightechnic-468x90

загруженное (2)Muğanlı-İsmayıllı yolunda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

Hadisə yolun 6-cı kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb.

Bakı sakini, 1986-cı il təvəllüdlü Əzizli Çingiz İmran oğlu idarə etdiyi 90-FK-540 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə Şəkidən Bakıya gedərkən dumanlı havada yolun sərt döngəli hissəsində idarəetməni itirib və maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində sürücü Çingiz Əzizli və sərnişinlər – Bakı sakini, 1991-ci il təvəllüdlü Əliyev Samir Azər oğlu, Gəncə sakini 1990-cı il təvəllüdlü Abbasov Dadaş Çingiz oğlu, Şəki sakini Cəlalov Rəşad Səlim oğlu, Bakı sakini Qasımov Elvin Qiyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600