Mask İranı günahlandırıb, İsrailə isə dəstəyini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə SpaceX-in yaradıcısı, dünya şöhrətli milyarder və sahibkar İlon Mask X sosial şəbəkəsində yazıb.
O bildirib ki, Xameneyinin (İranın ruhani lideri) rəsmi mövqeyi bəllidir, əsl məqsəd yalnız fələstinlilərə dəstək deyil, İsraili məhv etməkdir:
“Bu, baş verməyəcək. Həqiqətən, baş verənlərin hamısı, onilliklər ərzində davam edəcək sonsuz zorakılıq və qisas dövrüdür.
Nifrət alovunu yandırmaq işə yaramır. Artıq başqa bir şey haqqında düşünməyin vaxtıdır”, – Mask vurğulayıb.
Xuraman Etibarlı
www.yenicag.az