Maskalı şəxs evə basqın etdi: Qadını bıçaqladı

media-hightechnic-468x90

Ağstafada evə basqın olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Gecə saat 01:00 radələrində üzü maskalı şəxs rayon sakini 1996-ci il təvəllüdlü Pünhan Bayramovanın evinə basqın edib.

Ev sahibi səsə oyanıb. Bu vaxt maskalı şəxs qadını bıçaqlayıb.

Pünhan Bayramova xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa