Maştağa və Bilgəhin bəzi yerlərində qaz olmayacaq

media-hightechnic-468x90

Yasamal rayonu, Kənar Dairəvi yolda aşkar olunmuş yeraltı qaz sızmasının ləğv edilməsi məqsədi ilə 13.05.2025-ci il saat 14:30-dan etibarən qaz təchizatı dayandırılıb.

“Azəriqaz”dan Yenicag.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılır. D. Bünyadzadə, Ə.Əhmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Məlumata görə, həmçinin Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində də təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən 14.05.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsində və Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri Pansionatının (qocalar evi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600